75eccfae-52de-4dc7-bd37-593d33e56a31..jpg

Türkiyədə qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı – VİDEO

Baxış sayı: 491 dəfə baxılıb.

Türkiyədə qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə qəribə hadisə baş verib. Belə ki, əlverişsiz hava şəraiti səbəbindən
təxminən dörd ay nəqliyyatın hərəkətinə bağlı qalan Van-Bahçesaray avtomobil
yolunda qar əridikdən sonra uçqun altında qalan mikroavtobus üzə çıxıb.

Sosial şəbəkələrdə nəqliyyat vasitəsinin görüntüləri paylaşılıb.

Bildirilir ki, ötən il dekabrın 22-də avtomobil yolunda qar uçqunu baş verib.
Bu səbəbdən insanlar nəqliyyat vasitələrini yolda qoyub getməli olublar. Gecə
saatlarında daha bir uçqun olub və yolda sahibsiz qalan mikroavtobusun üzərinə
düşüb. Nəqliyyat vasitəsi yoldan təxminən 100 metrlik uçuruma sürüklənib.
Havalar isindikcə isə yenidən ortaya çıxıb.

Səlahiyyətlilərin sözlərinə görə, işlər yekunlaşdıqdan sonra mikroavtobus
olduğu yerdən çıxarılaraq sahibinə təhvil veriləcək.

Mənbə: TRT Haber

Source link