1e6aca1b-0549-4694-82f9-df835bc2e1e1..jpg

Türkiyədə Qarabağdan olan gənc sənətkarlar konsert proqramı ilə çıxış ediblər – FOTO

Baxış sayı: 688 dəfə baxılıb.

Türkiyədə Qarabağdan olan gənc sənətkarlar konsert proqramı ilə çıxış ediblər
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankarada Türkiyə Prezident Adminstrasiyasının Simfonik Otkestrinin binasında
Qarabağdan olan gənc sənətkarların iştirakı ilə konsert proqramı keçirilib.

“Report”un Ankara bürosunun xəbərinə görə, tədbirdə Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan
Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım,
Türkiyədəki xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də iki ölkənin
dövlət və qeyri-hökumət təşkilatlarının tanınmış nümayəndələri, media
mənsubları iştirak ediblər.

Konsert proqramında Azərbaycanın əməkdar artistləri Anar Şuşalı, İlkin
Əhmədov, Günay İmamvediyeva müxtəlif mahnılar ifa ediblər. Proqramda rəqs
ansamblı çıxış edib. Rəşad İbrahimovun tarda, Təbriz Yusubovun kamançada,
Soltan Əliyevin nağarada ifası diqqəti cəlb edib.

Konsert proqramı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin, Azərbaycan
Mədəniyyət Nazirliyinin, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin, Beynəlxalq Türk
Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə baş tutub. Bundan başqa Ankarada
“Şuşa-2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı” çərçivəsində “Şuşa Mədəniyyət
Günləri” adlı silsilə tədbirlər də keçirilib.

Source link