Türkiyədə qaz qovşağının yaradılması üzrə işlər sürətləndirilib
Türkiyə beynəlxalq qaz ticarət mərkəzinin tikintisi layihəsini sürətlə həyata
keçirməyə çalışır.
Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Balıkesir vilayətində
çıxışı zamanı bildirib.
“Biz ölkəmizi təbii qazın istehsalı, nəqli və ticarəti mərkəzinə çevirmək
istiqamətində sürətlə irəliləyirik. Biz həm boru kəmərlərimizi, həm də qaz
anbarlarımızı inkişaf etdiririk”, – Türkiyə Prezidenti bəyan edib.
Məlumata görə, Türkiyədə beynəlxalq qaz qovşağının tikintisi artıq yekun
mərhələyə qədəm qoyub.
Ölkənin energetika naziri Fatih Dönməz fevral ayında ölkədə baş verən
zəlzələdən əvvəl bildirmişdi ki, bu mərkəzdə ilk ticarət əməliyyatı cari ildə
keçiriləcək. Qovşağın tikintisində iştirakla bağlı bir sıra ölkələrlə
danışıqlar aparılıb. “Bu məsələni müzakirə etdiyimiz bütün dövlətlərin
nümayəndələri layihəni dəstəkləməyə hazır olduqlarını bəyan ediblər”, – nazir
vurğulayıb.
Nazir bir il ərzində qaz qovşağını işə sala biləcəklərinə ümid etdiyini deyib.
Mənbə: Anadolu