Türkiyədə qohumlar arasında torpaq davası: dörd ölü

Baxış sayı: 3. 196 dəfə baxılıb.

Türkiyədə qohumlar arasında torpaq davası: dörd ölü

Türkiyənin Şanlıurfa əyalətinin Bozova rayonunda qohumlar arasında dava çıxıb.

ÇıxışYolu.Com “Milliyət”ə istinadən xəbər verir ki, torpaq üstündə çıxan davada silahlar “danışıb”.

İlkin məlumatlara görə, ikisi  qadın olmaqla, dörd nəfər həyatını itirib.

İki qohum ailə arasında ərazi anlaşılmazlığı səbəbindən dava çıxıb. Qısa zamanda silah səsləri eşidilib. 62 yaşlı Şıxmüslüm Şahin, 65 yaşlı Şıxo Şahin, 25 yaşlı Narin Şahin və 60 yaşlı Əminə Şahin qətlə yetirilib. Yaralılarınn da olduğu bildilir.

Faktla bağlı araşdırmalar aparılır.

www.ÇıxışYolu.Com