Türkiyədə reyd: Yüzdən çox şəxs saxlanılıb – VIDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin 32 vilayətində separatçı terror təşkilatına (BTÖ) qarşı
“Kahramanlar-41” adlı əməliyyat keçirilib, 113 şübhəli şəxs saxlanılıb.
Bu barədə Türkiyə Daxili işlər naziri Ali Yerlikaya xəbər verib.
“Jandarma Baş Komandanlığının TEM Şöbəsi və Kəşfiyyat İdarəsi
koordinasiyasında terror təşkilatlarının fəaliyyətlərinin və maliyyə
qaynaqlarının qarşısının alınması çərçivəsində Adana, Adıyaman, Ağrı, Amasya,
Ankara, Antalya, Aydın, Balıkesir, Bingöl, Diyarbakır, Gaziantep, Hakkari,
Hatay, Iğdır, Kahramanmaraş, Kastamonu, Kayseri, Kilis, Konya, Malatya, Manisa,
Mardin, Mersin, Muğla, Muş, Osmaniye, Sakarya, Siirt, Sivas, Şırnak, Tunceli və
Van rayon Jandarma Komandirləri tərəfindən keçirilən “Kahramanlar-41”
əməliyyatlarında 113 şübhəli şəxs saxlanılıb”, – deyə Yerlikaya bildirib.
Yerlikaya əməliyyatları həyata keçirən təhlükəsizlik qüvvələrini təbrik edib:
“İlin 365 günü, 4 fəsil, 12 ay, gecə-gündüz əməliyyatlar həyata keçiririk. Əziz
millətimizin duaları və dəstəyi ilə əzmlə son terrorçu zərərsizləşdirilənə
qədər bu işi davam edəcəyimizi bilməyinizi istəyirəm. Şəhidlərimizin qanı yerdə
qalmayacaq”.
Mənbə: Haber Global