3f3a8c0a-21ec-45e6-9777-6bd2c55cd8bc..jpg

Türkiyədə rusiyalı və ukraynalı futbolçular arasında kütləvi dava olub

Baxış sayı: 676 dəfə baxılıb.

Türkiyədə rusiyalı və ukraynalı futbolçular arasında kütləvi dava olub

Türkiyənin “Royal Seginus” hotelində Ukraynanın “Minay” və Yaroslavlın
“Şinnik” komandalarının futbolçuları arasında dava düşüb.

İlkin məlumata görə, hadisə fevralın 13-də baş verib. “Minay” klubunun bir
neçə nümayəndəsi Yaroslavlın “Şinnik” komandasının rəhbərinə yaxınlaşıb və
ondan Ukrayna himninin oxunmasını tələb ediblər. Buna cavab olaraq o, çölə
çıxmağı təklif edib. Hotel işçiləri mübahisəyə vaxtında müdaxilə edib və bu da
davanın böyüməsinin qarşısını alıb.

Lakin bir müddət sonra bir neçə ukraynalı futbolçu rusiyalı idmançı ilə liftdə
qarşılaşıblar və onu döyüblər. Liftin qapıları açıldığı zaman orada bir qrup
rusiyalı futbolçu olub və bundan sonra onlar arasında kütləvi dava düşüb.

Nəticədə hotelə polis və təcili yardım gəlib. Futbolçular arasında toqquşmalar
davam edir. Hadisə yerində iki polis və əlavə mühafizəçilər keşik çəkir.
Hoteldən dava ilə bağlı məlumatı təsdiqləyiblər.

Mənbə: “Baza” “Telegram”

Source link