01e05509-0541-4061-92d8-95cbc85c7f6f..jpg

Türkiyədə səsverməyə rəng qatanlar: Kral, astronavt və digərləri – VİDEO

Baxış sayı: 297 dəfə baxılıb.

Türkiyədə səsverməyə rəng qatanlar: Kral, astronavt və digərləri – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə bələdiyyə seçkilərinin davam etdiyi bir məqamda bəzi vətəndaşların
səsverməyə rəng qatdığı görüntüləri yayılıb.

Səs vermək üçün məntəqələrə gələnlər arasında kral, astronavt və digər
kostyumlar geyinən, yaxud da öz ev heyvanları ilə birlikdə səsverməyə qatılan
şəxslər də olub.

Adanada kral libası ilə seçki məntəqəsinə baş çəkən kişi görənləri güldürüb.
“Adananın kralı” kimi tanınan şəxsin 69 yaşlı Hüseyn Şen olduğu bildirilib.

Muay Tay döyüşçüsü Muhammet Bişgin isə Düzcedəki məntəqəyə astronavt kostyumu
ilə gəlib.

Antalyada taksi sürücüsü işləyən Rasim İşıq tutuquşu ilə birgə səs verib. O,
Paşa adlı quşun bir neçə söz bildiyini də qeyd edib.

Mənbə: ensonhaber.com

Source link