Türkiyədə sabiq deputatın qohumlarının torpaq davası: dörd nəfər öldürüldü

Baxış sayı: 3. 246 dəfə baxılıb.

Türkiyədə sabiq deputatın qohumlarının torpaq davası: dörd nəfər öldürüldü

Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunun Çəltik məhəlləsində silahlı insident zamanı dörd nəfər öldürülüb.

Hurriyet” məlumat verir ki, hadisəyə ərazi münaqişəsi səbəb olub.

Bildirilib ki, insident Şanlıurfadan olan sabiq millət vəkili Zülfüqar İzolun qardaşları və əmisi uşaqları arasında baş verib.

Hadisə zamanı dörd nəfər ölüb, doqquz nəfər güllə yarası ilə xəstəxanalara çatdırılıb.

Məlumata əsasən, yaralıları aparan maşın qarşıdan gələn avtomobillə toqquşub. Hadisə nəticəsində digər avtomobildə olan iki nəfər də dünyasını dəyişib.