28bd6ecf-74d2-478d-8fa7-f92ea7771566.webp

Türkiyədə sirli uşaq ölümləri: 10 klinika bağlandı, 22 nəfər həbs edildi

Baxış sayı: 260 dəfə baxılıb.

Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Kamal Memişoğlu 20-dən çox uşağın ölümünə
səbəb olan cinayətkarlar qrupu ilə bağlı prokurorluğun apardığı araşdırma
çərçivəsində 10 klinikanın bağlandığını açıqlayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Onun sözlərinə görə, 22 nəfər həbs edilib və daha çox həbslər mümkündür.

Türkiyədə doğum evləri ilə bağlı qalmaqal bu həftə yerli mətbuatda dərc olunan
yazılardan sonra baş verib. Prokurorluq 10 ildən 589 ilədək həbs cəzası
gözlənilən 47 nəfərə qarşı ittiham aktını məhkəməyə təqdim edib.

Səhiyyə nazirinin sözlərinə görə, Türkiyə hakimiyyət orqanları doğum evlərində
saxtakarlıqla bağlı ilk siqnalı 2023-cü ilin martında alıblar.

“Biz ciddi məxfilik şəraitində çalışdıq, körpələrin klinikalara köçürülməsinin
qarşısını almağa çalışdıq. 41 nəfər saxlanıldı, onlardan 22-si həbs olundu, 10
xəstəxana bağlandı”, – deyə Memişoğlu bildirib.

Xatırladaq ki, cinayətkarlar müxtəlif bəhanələrlə valideynləri yeni doğulmuş
körpələrini özəl klinikalara aparmağa məcbur ediblər və həmin klinikalardan pul
alıblar. Həmin tibb müəssisələrində yeni doğulmuş uşaqlara lazımi səviyyədə
qayğı göstərilməyib ki, bu da bəzi hallarda uşaqların ölümünə səbəb olub.

Source link