Türkiyədə Şuşa Mədəniyyət Evi açılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa
çatıb.
“Report” xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq
Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir.
Türkiyə mətbuatı qeyd edib ki, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə
Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq.
Məlumata görə, Mədəniyyət Evinin qarşısında Şuşadakı İsa bulağına bənzər
heykəl və Ermənistan tərəfindən qətlə yetirilən 613 dinc Xocalı sakininin
adının əks olunduğu “Xocalı şəhidləri” abidəsi qoyulub.
Mədəniyyət Evinin açılışı yaxın günlərdə azərbaycanlı rəsmilərin və Kayseri
şəhər rəhbərliyinin iştirakı ilə keçiriləcək.