Türkiyədə Tacikistan və Qırğızıstan vətəndaşları saxlanıldılar: Terror aktı
hazırlayırdılar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə hüquq-mühafizə orqanları İraq Şam İslam Dövləti (İŞİD) adından terror
aktı hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıblar.
Təhlükəsizlik qüvvələri silahlıların Türkiyədə terror aktı törətməyi
planlaşdırdıqlarını bildiriblər.
Dindirildikdən sonra Tacikistan vətəndaşı 37 yaşlı Fazilcon A. və Qırğızıstan
vətəndaşı 41 yaşlı Zülfiyyə S. məhkəmə qarşısına çıxarılıblar. Sonuncu artıq
ölkədən deportasiya edilib.
Baxış zamanı onlardan jandarm forması, polis jileti və papaq, avtomobil üçün
radio, habelə təlimatları olan elektron avadanlıq aşkar edilib.
Məlum olub ki, Fazilcon İŞİD üzvüdür. O, terrorçular arasında “Əbu İsmayıl”
kimi tanınır. Kəşfiyyat xidmətləri onun planlaşdırılan terror aktının
təşkilatçısı və əlaqələndiricisi olduğunu bildiriblər.
Mənbə: Hürriyet