Türkiyədə terror: Ölənlər var

Türkiyədə terror: Ölənlər var

Baxış sayı: 2. 400 dəfə baxılıb.

Türkiyənin Diyarbəkir və Bitlis bölgələrində PKK terrorçuları tərəfindən həyata keçirilən silahlı hücumlar nəticəsində azı üç nəfər həlak olub.

ÇıxışYolu.Com-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Diyarbəkirin Hani rayonunda PKK yaraqlıları Topçular polis məntəqəsi istiqamətində hərəkət edən avtomobilə atəş açıb.

Hücum nəticəsində hərbçi Sergen Çakmak və könüllü asayış keşikçisi Yasettin Öpçin həlak olub.

Bitlisin Kayalıbağ rayonunda isə PKK terrorçuları odun toplayan sakinləri atəşə tutub. Nəticədə yerli sakinlərdən biri həlak olub, dörd nəfər yaralanıb.

.
www.ÇıxışYolu.Com