Türkiyədə “Uber” qadağan edildi

Türkiyədə “Uber” qadağan edildi

Baxış sayı: 2. 098 dəfə baxılıb.

Türkiyədə “Uber” onlayn taksi xidmətinin fəaliyyəti dayandırılıb. 

ÇıxışYolu.Com-ın “Daily Sabah” nəşrinə istinadən məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə əsasən, ölkənin öz taksi sistemi var.

“Biz “Uber”ə türkiyəli taksi sürücülərinin biznesini dağıtmağa imkan verməyəcəyik”, – Ərdoğan qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl “Uber” taksi xidməti Bolqarıstan, Danimarka və Macarıstanda da qadağan edilib. Bundan əlavə şirkət Fransa, İtaliya, Almaniya, Yaponiya və Tayvanda məhdudiyyətlərlə fəaliyyət göstərir.

www.ÇıxışYolu.Com