Suriya-Türkiyə sərhədində İŞİD üzvü olan, bomba yerləşdirilən jilet geyinmiş şəxslər tutulub.
ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadla xəbər verir ki, tutulan beş terrorçu Kilis rayonunda çıxarıldıqları məhkəmədə həbs olunub.
Tutulanlardan üçü Azərbaycan vətəndaşıdır. “Terror təşkilatı İŞİD üzvü olan olmaq və partlayıcı maddə saxlamaq” ittihamı ilə tutulan 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova, 42 yaşlı Nazənin Zeynalovanın istintaqı yekunlaşıb.
Onların üzərində axtarış aparılarkən üç Rusiya istehsalı əl bombası, dörd mərmi, üç kq C4 partlayıcı maddəsi, iki bel çantası, əldə düzəldilmiş partlayıcı açarı və canlı bomba jileti ələ keçirilib.