Türkiyədə Ukrayna münaqişəsinin həlli ilə bağlı beynəlxalq görüş keçirilə bilər
Rəsmi Ankara oktyabrın sonuna qədər Ukraynadakı münaqişənin həlli üçün
beynəlxalq toplantı təşkil etməyi planlaşdırır.
Məlumata görə, müxtəlif ölkələrin milli təhlükəsizlik müşavirləri, o cümlədən
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan
məsləhətləşmələr üçün İstanbula gələcək.
İddia olunur ki, Rusiya tərəfi görüşə dəvət edilməyib, Çinin öz nümayəndəsini
göndərib-göndərməyəcəyi isə hələ məlum deyil.
Gündəmin mərkəzində Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planı və
Kiyevin bu təşəbbüsü müzakirə etmək üçün 2023-cü ildə qlobal toplantı təşkil
etmək niyyəti olacaq.
İstanbulda keçiriləcək danışıqlar iyunda Danimarkada və avqustda Səudiyyə
Ərəbistanında keçirilən məsləhətləşmələrdən sonra üçüncü belə görüş olacaq.
Mənbə: TASS