Türkiyədə yeni pilotsuz zirehli texnika təqdim olundu – VİDEO

Türkiyədə yeni pilotsuz zirehli texnika təqdim olundu – VİDEO

Baxış sayı: 1. 818 dəfə baxılıb.

Türkiyənin ən iri hərbi sənaye şirkətlərindən olan “BMC” yeni çox funksiyalı “Amazon” pilotsuz zirehli şəxsi heyət daşıyıcısını ictimaiyyətə təqdim edib.

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zirehli hərbi texnika “EFES” 2018 müştərək hərbi təlimlərində nümayiş olunub.

Çoxfunksiyalı “Amazon” hərbçilərin mina və raketlərdən qorunması məqsədi ilə hazırlanıb.

Yüksək manevrlilik qabiliyyəti olan pilotsuz şəxsi heyət daşıyıcısına yeddi nəfər üçün nəzərdə tutulub.

Zirehli texnikanın digər üstünlükləri avtomatik yanğınsöndürmə sistemi, təkərlərin deşilmədən qorunma sistemi və videomüşahidə kameraları ilə təchiz olunmasıdır.

Şəxsi heyət daşıyıcısını açıq məkanda 5 km-ə qədər radiusda məsafəli şəkildə idarəetmək olur.

.
www.ÇıxışYolu.Com