Türkiyədə yoxa çıxan jurnalistin meyiti turşuda əridilə bilərdi

Baxış sayı: 2. 414 dəfə baxılıb.

Türkiyədə yoxa çıxan jurnalistin meyiti turşuda əridilə bilərdi

Türkiyə polisi İstanbulda yoxa çıxmış müxalif səudiyyəli jurnalist Camal Khaşoqinin meyitinin turşuda əridilməsi versiyasını yoxlayır. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Habertürk telekanalı məlumat yayıb. 

Qeyd olunur ki, öncə bu versiya Türkiyə hüquq-mühafizə orqanlarına inandırıcı gəlməyib. Lakin istintaq irəlilədikcə, polis və kəşfiyyat bu ehtimalı istisna etmir. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanı tənqid edən C. Khaşoqi bu ölkənin İstanbuldakı konsulluğuna baş çəkdikdən sonra yoxa çıxıb. 

www.ÇıxışYolu.Com