Türkiyənin Adana şəhərində konteyner daşıyan yük qatarı relsdən çıxıb.
Bu barədə “Haber Global” xəbər yayıb.
Bildirilir ki, vaqonların aşması nəticəsində iki maşinist yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır, hadisə ilə bağlı istintaqa başlanılıb.