182c86bb-817c-4f34-891c-df4dac76a3b0..jpg

Türkiyədə zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları aparılır

Baxış sayı: 766 dəfə baxılıb.

Türkiyədə zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları aparılır

“Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların
axtarışı davam edir. Hazırda 25 nəfər axtarışdadır. Bu, o demək deyil ki,
onların başlarına nəsə iş gəlib. Bəlkə də telefonlarını itiriblər, yaxud da
telefonlarının enerjisi bitib”.

“Report”un zəlzələ bölgəsində olan əməkdaşı xəbər verir ki, bu fikirləri
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında
deyib.

“Nəzərə almaq lazımdır ki, zəlzələ səbəbindən 4 hava limanı fəaliyyət göstərə
bilmir. Hətta Bakıdan gələn humanitar yardımı belə qəbul edə bilmirik. Ona görə
də quru yolla təxliyəni həyata keçirə bilirik. Onlar azərbaycanlıların təxliyə
edildiyi avtobuslarda yemək və isti içkilərlə təmin olunurlar”, – deyə diplomat
bildirib.

Source link