f3e6c01f-2654-45a1-8d70-c2602f3092e9..jpg

Türkiyədə zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb

Baxış sayı: 681 dəfə baxılıb.

Türkiyədə zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a
çatıb

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər
zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
məlumat verilib.

Bildirilib ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər
vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun,
2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü
Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman
qızının vəfat etdikləri müəyyən olunub.

Həlak olmuş vətəndaşlarımızın cənazələrinin fevralın 16-da Azərbaycana
gətirilməsi nəzərdə tutulur.

Source link