372d54f7-4b7f-462f-9e4d-7141d2aedf0d..jpg

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 min 374-ə çatıb

Baxış sayı: 968 dəfə baxılıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 min 374-ə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 min 374-ə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat
yayıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık
rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan
rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox
afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail,
İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb
olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan
olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi
tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına
başlanılıb.

Source link