5c4cb95f-c0d4-4602-9d09-9c1ad259183c..jpg

Türkiyədə zəlzələ risk xəritəsi: Ən çox hansı bölgələr təhlükədədir? – FOTO

Baxış sayı: 1. 230 dəfə baxılıb.

Türkiyədə zəlzələ risk xəritəsi: Ən çox hansı bölgələr təhlükədədir? – FOTO

AFAD (Türkiyə Daxili İşlər Nazirliyinin Zəlzələ İdarəsi) tərəfindən Türkiyədə
zəlzələ təhlükəsinin ən çox olduğu bölgələrin əks olunduğu xəritə təqdim edilib.

Xəritədə seysmoloji xətlərinin hansı bölgələrdən keçdiyinə əsasən ən riskli
ərazilər təyin olunub.

Beləliklə, Türkiyədə birinci yerdə risk dərəcəsi ən yüksək olan bölgələr
olaraq İzmir, Balıkesir, Manisa, Muğla, Aydın, Denizli, İsparta, Uşak, Bursa,
Bilecik Yalova, Sakarya, Düzce, Kocaeli, Kırşehir, Bolu, Karabük, Hatay,
Bartın, Çankırı, Tokat, Amasya, Çanaqqala, Ərzincan, Tunceli, Bingöl və Muş,
Hakkari, Osmaniye, Kırıkkale və Siirt müəyyən edilib.

İkinci dərəcəli risk altında olan bölgələr Tekirdağ, İstanbul (1-ci və 2-ci
Bölgə), Bitlis, Kahramanmaraş, Van, Adıyaman, Şırnak başda olmaqla Zonquldak,
Afyon, Samsun, Antalya, Ərzurum, Qars, Ardahan, Batman, İqdır, Elazığ,
Diyarbəkir, Adana, Əskişəhər, Malatya, Kütahya, Ağrı və Çorumdur.

Üçüncü dərəcəli riks bölgələri olaraq Eskişehir, Edirne, Sinop, Kastamonu,
Ordu, Giresun, Artvin, Şanlıurfa, Mardin, Kilis, Qaziantep və Kahramanmaraşın
bəzi hissələri, Sivas, Gümüşhane, Bayburt, Kayseri, Yozgat , Çorum, Ankara,
Konya, Mersin və Nevşehir müəyyən edilib.

Xəritəyə görə ən az riks altında olan bölgələr isə dördüncü və beşinci qrupda
yer alan Trabzon, Rizə, Kırklareli, Niğde, Aksaray və Karamandır.

Mənbə: Haber Global

Source link