8b0e0f91-cad5-484b-9f8f-1458554170a1..jpg

Türkiyədə zəlzələdə 2000 illik tarixi abidə dağıldı – FOTO

Baxış sayı: 2. 980 dəfə baxılıb.

Türkiyədə zəlzələdə 2000 illik tarixi abidə dağıldı – FOTO

Böyük fəlakətə səbəb olan ikiqat zəlzələdə Türkiyənin Adıyaman şəhərində
Kommagene krallığı dövrünə aid tarixi arxeoloji ərazidə (qoruq) 10 metrlik
“Əlsıxma sütunu” dağılıb.

Zəlzələdən sonra Adıyamandakı tarixi xarabalıqlarla bağlı araşdırma aparan
qruplar Nemrut Dağı Milli Parkında yerləşən tarixi qoruqda “Əlsıxma sütunu”nun
dağıldığını aşkarlayıb.

Bildirilib ki, sütun yaxın günlərdə ilkin formasına uyğun olaraq yenidən
qurulacaq. 2000 illik tarixi kurqanın qərbində yerləşən sütunda Kommagene kralı
I Antioçosun (e.ə. 69-36-cı illər) oğlu kral II Mitridatesin (e.ə. 36-20-ci
illər) öz bacısı Laodike ilə əl sıxışdığı görüntü əks olunub.

Eyni zamanda qeyd edilib ki, Kommagene kralı I Antioçosun tanrılara və
əcdadlarına minnətdarlığını göstərmək üçün 2150 metr yüksəklikdəki Nemrut
dağında tikdiyi tanrı heykəlləri zərər görməyib.

Mənbə: CNN Türk

Source link