9edd6a68-abc9-4d3a-96f0-4cf17ffca7bf..jpg

Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı açıqlandı

Baxış sayı: 926 dəfə baxılıb.

Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı açıqlandı

Türkiyənin hüquq-mühafizə orqanları zəlzələlər nəticəsində binaların
dağılmasına görə məsuliyyət daşıya biləcək inşaatçı və podratçı şirkətlərin
rəhbərləri və işçiləri arasında şübhəli şəxsləri müəyyən edib.

Məlumata görə, onlardan 188-i artıq həbs edilib.

Bildirilib ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü
zəlzələlər nəticəsində bir çox yaşayış binalarının dağıdılması ilə əlaqədar
olaraq, şirkətlərin və hakimiyyət orqanlarının tikinti, yaxud da sonrakı
yenidənqurma zamanı ciddi səhvlərə yol verdiyi aşkarlanıb. Belə ki, yerli
mütəxəssislərin fikrincə, tikinti zamanı yanlış hesablamalar aparılıb və ya
istismar müddətində binaların yükdaşıyan konstruksiya elementləri sökülüb.

Mənbə: Anadolu

Source link