Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı xarici ölkələrdə səsvermə bu gün başa çatacaq.
ÇıxışYolu.Com xəbər verir ki, səsvermə Türkiyə Ali Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qrafik əsasında keçirilir.
Artıq 51 ölkədə səsvermə prosesi başa çatıb.
Qalan 9 ölkədə isə səsvermə bu gün yekunlaşacaq.
Qeyd edək ki, təxminən 3,5 milyon Türkiyə vətəndaşı 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəlikdə səs verib.
Gömrük-keçid məntəqələrində səsvermə isə iyunun 23-dək davam edəcək.
Kamil HƏMZƏOĞLU