237460ec-eaf1-4b2f-8bea-1f821057887c..jpg

Türkiyədəki yarış ləğv olunduğu üçün Azərbaycan idmançıları Bakıya qayıdacaqlar

Baxış sayı: 664 dəfə baxılıb.

Türkiyədəki yarış ləğv olunduğu üçün Azərbaycan idmançıları Bakıya qayıdacaqlar

Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın
zamanda Bakıya qayıdacaqlar.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən
məlumat verilib.

Bildirilib ki, idmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri
dönəcəklər.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 4-də start götürən Prezident
Kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsində Qaşım Maqomedov qızıl medal
qazanıb.

Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda
açıq ölkə çempionatında çıxış etməli idi.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman
tədbirləri təxirə salınıb.

Source link