28c9576c-1432-4d7f-9e9e-115a0efb0ab1..jpg

Türkiyədəki zəlzələ: Azərbaycanın tikinti bazarında bahalaşma ola blilər – ŞƏRH

Baxış sayı: 707 dəfə baxılıb.

Türkiyədəki zəlzələ: Azərbaycanın tikinti bazarında bahalaşma ola blilər – ŞƏRH

Hazırda Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən materialların payı
kifayət qədərdir. Santexnika məmulatları, kauçuk, plastik boru, qapı-pəncərə,
kafel, divar kağızı kimi məhsullar əsasən bu ölkədən idxal edilir.

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində 10 əyalətdə 12 mindən
artıq binanın dağılması bu ərazilərdə sürətli yenidənqurma, tikinti işlərini
labüd edir, ölkə daxilində tikinti materiallarına tələbat artır.

Bu isə xaricə məhsul satışının bahalaşmasına səbəb olur.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında daşınmaz əmlak eksperti Ramil Qasımzadə
bildirib ki, Türkiyədən ölkəmizə gətirilən tikinti materiallarında hələ ki,
bahalaşma qeydə alınmayıb, lakin bu, gözləniləndir:

“Gələcək aylarda ola bilər ki, bahalaşma olsun. Çünki Türkiyənin özündə də
tikinti materiallarına tələbat zəlzələdən sonra daha da artıb. Türkiyədən
ölkəmizə əsasən santexnika, elektrik naqilləri və kauçuk tipli mallar
gətirilir. Bu malların qiymətində hələ ki, artım qeydə alınmayıb. Ümumiyyətlə,
tikinti materialları bazarında bahalaşma mart ayından başlayır”, – deyə ekspert
qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık
rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi
elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Source link