2016-cı ildə Polşanın Toruny şəhərində keçirilmiş Avropa Qılıncoynatma Konfederasiyasının Konqresində Türkiyə nə Ermənistana, nə də İsrailə səs verməyib.
Bu barədə ÇıxışYolu.Com-ın sorğusuna cavab olaraq Türkiyə Qılıncoynatma Federasiyasından xəbər veriblər:
“Həmin Konqresdə iştirak edən nümayəndələrimiz səsvermədə bitərəf qalıblar. Orda 45 federasiyadan 43-ü səs verib. Səs verməyənlərdən biri də bizim federasiya olub. 33 ölkə Ermənistana, 10 ölkə isə İsrailə səs verib. Azərbaycan Qılıncoynatma Federasiyasının hansı ölkəyə səs verdiyini isə deyə bilmərik. Çünki səsvermə qapalı şəkildə keçirilir. Ancaq böyük ehtimalla, Azərbaycan da bizim kimi səsvermədə iştirak etməyib. Hər halda biz belə düşünürük”.
Qeyd edək ki, aprelin 14-də Ermənistanın qılıncoynatma üzrə baş məşqçisi Alik Navasardyan news.am saytına açıqlamasında 23 yaşadək Avropa çempionatı üçün 44 ölkədən 34-ü Yerevanın lehinə səs verib. Onun iddiasına görə, Ermənistanın paytaxtına səs verən federasiyalar arasında isə Azərbaycan və Türkiyə olub.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com