36038966-f746-4b55-ae4f-118d55cb7d30..jpg

Türkiyəli aktyorun qızı dağıntılar altında qalıb: “Ayağı beton plitələr arasında sıxışıb, çıxa bilmir” – FOTO

Baxış sayı: 848 dəfə baxılıb.

Türkiyəli aktyorun qızı dağıntılar altında qalıb: “Ayağı beton plitələr
arasında sıxışıb, çıxa bilmir” – FOTO

Türkiyədə tanınmış aktyor Orhan Aydın zəlzələdən sonra qızı Eylem Şafak və
keçmiş həyat yoldaşının Elif Torun Önerenin də Hatayda dağıntılar altında
qaldığını açıqlayıb.

Cixisyolu.com-ın məlumatına görə, aktyor bu barədə özünün “Twitter” sosial şəbəkə
hesabındakı paylaşımında bildirib.

Aktyor daha sonra keçmiş həyat yoldaşının dağıntılar altından çıxarıldığını,
ancaq qızının hələ də yardım gözlədiyini deyib.

“Övladımın anası Elif Torun Öneren sakinlər tərəfindən xilas edilib… Növbə
qızımdadır (əziz balam, səbir elə)”, – deyən Orhan Aydın sonrakı paylaşımında
qızının ayağının beton plitələr arasında qaldığını deyib.

“Betonkəsici lazımdır. Kömək edin!”, – deyə aktyor yardım istəyib.

Orhan Aydın yollar bağlı olduğu üçün ora gedə bilmədiyini vurğulayıb.

Source link