ABŞ klubu “Hyuston Rokets”in 22 yaşlı türkiyəli basketbolçusu Alperen Şengün
klubla 185 milyon dollarlıq müqavilə imzalayıb.
Cixisyolu.com xəbər verir ki, bu, Türkiyə idmançılarının imzaladığı ən yüksəködənişli
müqavilədir.
Beşillik sözləşməyə imza atan basketbolçunun son ilində bu klubda
qalıb-qalmayacağına özü qərar verəcək.