ea801c65-82ef-4a9f-a23d-77fd2684c63f..jpg

Türkiyəli daha bir fenomen cütlük haqqında cinayət işi qaldırıldı – FOTO

Baxış sayı: 610 dəfə baxılıb.

Türkiyəli daha bir fenomen cütlük haqqında cinayət işi qaldırıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə tanınmış fenomen cütlük Özlem Öz və Tayyar Öz haqqında Anadolu
Respublika Baş Prokurorluğu tərəfindən 4 ayrı cinayət işi üzrə istintaq
başladılıb.

Cütlüyə qarşı “Cinayət törətmək üçün təşkilat yaratmaq”, “Rəsmi sənədləri
saxtalaşdırmaq”, “Mal varlığı dəyərlərinin qeyri-qanuni mənbəyini gizlətmək” və
“Vergi Prosessual Qanununu pozmaq” maddələri üzrə iş qaldırılıb.

Özlem Öz izləyicilərindən gələn sualları cavablandırıb və məsələ barədə
məlumatının olmadığını bildirib.

Xəbərdən sonra izləyicilərindən çox sayda mesaj alan Özlem Öz “Instagram”
hesabında video paylaşıb və barələrindəki xəbərlərin kim tərəfindən
hazırlandığını bilmədiyini deyib.

“Təxmini bir aya yaxındır ki, mənə xəbərləri göndərirsiniz. Haqqımızda
müxtəlif xəbərlər yayılıb. Bunların reallığı, kimlər tərəfindən yayıldığı ilə
bağlı heç bir məlumatım yoxdur. Tayyar bəy də onsuz da bu gün evdə deyil, “işim
var” deyib çıxdı. Ona görə də məndən açıqlama istəməyin. Əsassız xəbərlərdir…

Əsaslı xəbərlər olduğu zaman vəkilim vasitəsilə sizə izahat verərəm. Özbaşıma
açıqlama verə bilmərəm. Evimdəyəm, uşaqlarımın yanındayam”, – deyə fenomen qeyd
edib.

Xatırladaq ki, Engin və Dilan Polat cütlüyünün həbsindən sonra dəbdəbəli
həyatları ilə Tayyar və Özlem Öz cütlüyü də gündəmə gəlib. Cütlüyün Səhiyyə
Nazirliyinin icazəsi olmadan məhsul satdıqları, FETÖ ilə əlaqələri olduğu və
soyadlarını da dəyişdirdikləri iddia edilib.

İki həftə əvvəl açıqlama verən cütlük hüquqşünaslar tərəfindən lazımi
məlumatların toplandığını nəzərə çatdırıb.

“İndiyə qədər soyad dəyişikliyi istisna olmaqla, bütün xəbərlər böhtan və
qaralamadan ibarətdir. Xahiş edirəm, eşitdiyiniz heç bir şeyə inanmayın.
İnşallah, ədalət öz yerini tapacaq”, – deyə Özlem Öz bildirib.

Mənbə: Haber Global

Source link