13e257f3-292d-4281-a928-47acefe7991a..jpg

Türkiyəli deputat: “Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi dünyaya önəmli mesajdır” – FOTO

Baxış sayı: 512 dəfə baxılıb.

Türkiyəli deputat: “Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi
dünyaya önəmli mesajdır” – FOTO

“Şuşanın gələn il islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi dünyaya
verilən önəmli bir mesajdır”.

Bunu “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf
Partiyasının İstanbul üzrə millət vəkili Serkan Bayram bildirib.

Onun fikrincə, sözügedən məsələ islam aləmi üçün də əhəmiyyəti olan bu qədim,
tarixi və mistik şəhərin 2020-ci ilin noyabrına qədər məhv edilmə cəhdlərinə
verilən cavabdır:

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin mədəniyyət
nazirlərinin belə bir qərarı çox düzgündür. Şuşa işğaldan azad edilənədək
Azərbaycan acılar çəkdi, mücadilələr verdi. Məncə, islam dünyasının baş şəhəri
olaraq Şuşaya bundan sonra heç bir qüvvə bəd niyyətlə toxuna bilməz. Şuşa öz
haqqına qovuşur və haqq etdiyi daha gözəl günlər yaşayacaq”.

Serkan Bayram onu da qeyd edib ki, Şuşanın islam dünyasının mədəniyyət
paytaxtı olmasında Türkiyənin də önəmli rolu danılmazdır:

“Bu məsələdə Türkiyənin də rolu böyükdür. Və bunu həm də türk dünyasına
yönəlik müsbət bir nümunə olaraq qiymətləndirmək doğru olardı”.

Qeyd edək ki, keçən ay islam dünyası mədəniyyət nazirlərinin Qətərin paytaxtı
Dohada 12-ci konfransı keçirilib. Konfransda Azərbaycanın mədəniyyət naziri
Adil Kərimli Şuşanın “İslam dünyasının 2024-cü il mədəniyyət paytaxtı” adına
namizədliyini irəli sürüb. İslam dünyasının mədəniyyət nazirlərinin yekdil
qərarı ilə Şuşa 2024-cü ildə islam dünyasının mədəniyyət paytaxtı statusunu
qazanıb.

Source link