99837b01-dd57-4e72-aa4e-41b2ae0d860b..jpg

Türkiyəli fenomen ədəbsiz görüntülərinə görə saxlanıldı – FOTO

Baxış sayı: 420 dəfə baxılıb.

Türkiyəli fenomen ədəbsiz görüntülərinə görə saxlanıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli sosial media fenomeni Gizem Bağdaçiçek “ədəbsizlik” ittihamı ilə
nəzarətə alınıb.

Bu barədə İstanbul Asayiş Şöbə Müdirliyinin Etika Bürosundan məlumat verilib.

Bildirilir ki, qadın sosial media platformalarında nalayiq videolar
paylaşmasına görə saxlanılıb.

Məlumata görə, “OnlyFans” platformasına yüklədiyi ədəbsiz məzmunla tanınan
Gizem Bağdaçiçek haqqında edilən şikayətlərə görə tutulub. Onun pornoqrafik
görüntüləri digər sosial media platformalarında sürətlə yayılıb.

Qeyd edək ki, Gizem Bağdaçiçek sosial media karyerasına “Bigo Live”də
yayımladığı rəqs videoları ilə başlayıb. Platformada yayımladığı görüntülərdə
cəsarətli pozaları ilə də diqqət çəkən fenomen qısa müddətdə böyük izləyici
kütləsi toplayıb. O, 2021-ci ildə “OnlyFans” platformasına qoşulub və burada
yayımladığı məzmunla qısa zamanda böyük gəlirlər qazanmağa başlayıb.

Mənbə: Onedio.com

Source link