Antalyada kəskin ürək bulanması və mədə ağrıları ilə xəstəxanaya müraciət edən 20 yaşlı Seda Nur Sayqının tomoqrafiya müayinəsi zamanı mədəsində külli miqdarda yad cisim aşkarlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Cərrahi əməliyyat aparan həkimlər qızın mədəsindən nə az, nə çox 1,5 kiloqram saç çıxarıb.
Yad cisimin xaric edilməsi və mədənin təmizlənməsi ilə bağlı əməliyyat saat yarım davam edib.
Həkim valideynləri ilə söhbət zamanı xəstənin uşaqlıq illərində saçlarını yemək vərdişi olduğunu ortaya çıxıb.