dc4b8e27-dcc4-459d-940c-80d4ffa6563a..jpg

Türkiyəli gəncin ölümündən sonra Fransa yenidən kütləvi etirazların astanasındadır

Baxış sayı: 473 dəfə baxılıb.

Türkiyəli gəncin ölümündən sonra Fransa yenidən kütləvi etirazların
astanasındadır

Fransa hökuməti ölkə vətəndaşlarına müraciət edərək hamını asayiş qaydalarına
riayət etməyə çağırıb.

Bu çağırış Paris yaxınlığında 16 yaşlı türkiyəli gəncin motosikleti polis
maşını ilə toqquşandan sonra şübhəli şəkildə həlak olmasından sonra edilib.

Zərərçəkmişin ailəsinin vəkili ölüm hadisəsinə görə polisləri ittiham edir.

O iddia edir ki, polis gənci təqib etməyə başlayıb, daha sonra xidməti
avtomobili motosikletə çırpıb və nəticədə faciə yaşanıb.

Prokurorlar isə bildiriblər ki, iki polis məmuru qəsdən törədilməmiş ölüm
faktına görə saxlanılıb, onlar istintaq yekunlaşana qədər həbsdə qalacaqlar.
Lakin bu açıqlamadan bir neçə saat sonra polislər azadlığa buraxılıblar.

Polislər istintaqa bildiriblər ki, gənc motosikletini səki ilə idarə edərkən
göstərişə uyğun olaraq dayana bilməyib və yol ayrıcında polis avtomobilinə
çırpılıb.

Sözügedən hadisə Paris yaxınlığında əlcəzairəsilli 17 yaşlı gəncin polis
tərəfindən güllələnərək öldürülməsindən iki ay sonraya təsadüf edib.

Xatırladaq ki, həmin hadisə Parisdə və ölkənin bir sıra şəhərlərində beş gün
davam edən iğtişaşlara və talanlara səbəb olmuşdu. Etirazçılar polisi
zorakılıqda, həmçinin irqi ayrı-seçkilikdə ittiham edirdilər.

Polislərin Həmkarlar İttifaqından isə bildirilib ki, artıq Fransanın
iğtişaşlarla mübarizə bölməsinin elit dəstələri qəzanın baş verdiyi Elankur
şəhərinə tərəf yola düşüblər.

Vəkil Yasin Buzru onu da əlavə edib ki, həyatını itirən gənc Fransa-Türkiyə
ikili vətəndaşlığına malik olub.

Hökumət sözçüsü Olivye Veran isə bildirib ki, yalnız davam edən təhqiqat
qəzanın dəqiq səbəblərini müəyyən edəcək.

Mənbə: Trtworld

Source link