2374f74c-3a9d-45cd-bb09-1704a1dbcded..jpg

Türkiyəli geofizik: “Kahramanmaraşdakı zəlzələnin dalğası 50 saniyə sonra İskenderun və Hataya çatıb” – FOTO

Baxış sayı: 699 dəfə baxılıb.

Türkiyəli geofizik: “Kahramanmaraşdakı zəlzələnin dalğası 50 saniyə sonra
İskenderun və Hataya çatıb” – FOTO

“Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ üç qırılma
xətti seqmentində meydana gəlib və dağıdıcı təsiri təxminən 50 saniyə sonra
İskenderun və Hatay ətrafında böyük enerji boşalmalarına səbəb olub”.

Bu barədə türkiyəli geofizika mühəndisi Serkan İrmak bildirib.

Bir qrup türkiyəli mütəxəssis zəlzələnin xarakterik xüsusiyyətlərini
araşdırıb. Onlardan biri olan Serkan İrmak qeyd edib ki, zəlzələ ilk təsirindən
qısa müddət sonra şimal-şərq və cənub-qərbə doğru hərəkət edib və 50 saniyə
sonra müxtəlif vilayətlərdə dağıdıcı təsir göstərib.

“Maraqlı xüsusiyyətlərdən biri odur ki, parçalanan qırılma xətti o qədər
uzundur ki, parçalanma başlayandan təxminən 50 saniyə sonra İskenderun və Hatay
ətrafında böyük enerji boşalmalarını görürük. Yəni bu, dağıdıcı dalğaların,
əslində, 50 saniyədən sonra oraya çatdığını göstərir. Əgər bölgədə effektiv
erkən xəbərdarlıq sistemi olsaydı, bəlkə də, insanlara 30-40 saniyə vaxt
qazandırardı”, – deyə o qeyd edib.

“Erkən xəbərdarlıq siqnalı zəlzələdən sonra gələn siqnaldır, əvvəlcədən təyin
edən siqnal deyil. Bu siqnal sayəsində zəlzələ baş verdikdən sonra dağıdıcı
dalğaların sizə neçə saniyədən sonra çatacağını öyrənmək şansınız var.

Gözlənilən Mərmərə zəlzələsində belə böyük zamanın olacağını və ya erkən
xəbərdarlıq sisteminin 50 saniyəyə çatacağını düşünmürəm. Daha qısa olacaq,
amma bu, insanlarda bədbinlik yaratmasın. Zənnimcə, qısa zaman belə böyük
əhəmiyyət kəsb edir. Zəlzələdən sonra baş verə biləcək ikinci dərəcəli
fəlakətlərin qarşısını almaq üçün mühüm sənaye obyektlərindən, metro xətləri,
sürətli qatar kimi nəqliyyat vasitələrindən qısa müddətdə istifadə edilməsi
mümkündür”, – deyə Serkan İrmak əlavə edib.

Mənbə: Haber Global

Source link