d6c4d639-d430-4e6e-8141-db0db0ba2cfe..jpg

Türkiyəli kolleksionerin incisi: Dırnaqdan kiçik olan İncil görənləri heyrətə gətirir – FOTO/VİDEO

Baxış sayı: 297 dəfə baxılıb.

Türkiyəli kolleksionerin incisi: Dırnaqdan kiçik olan İncil görənləri heyrətə
gətirir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Bursa şəhərindən olan Ahmet Erdönmez regionda tarixi əsərlərdən
ibarət kolleksiyası ilə tanınır. O, bunların muzeydə sərgilənəcəyi günü
səbirsizliklə gözləyir.

Erdönməzin minlərlə əşyadan ibarət kolleksiyasında dırnaqdan da kiçik olan
İncil xüsusilə diqqəti çəkir.

Onun sözlərinə görə, Kitab ona Almaniyaya səfəri zamanı tanışı tərəfindən
hədiyyə edilib.

“Mən Avropada dəvət aldığım bütün muzey görüşlərinə qatılıram. Avropa Muzey
Akademiyasının Türkiyə təmsilçisi olduğum üçün belə tədbirlər bizim üçün çox
faydalıdır. Almaniyada bir görüşdə iştirak etdim, orada da sərgi açdım. Həmin
tədbirdə tanış olduğum bir bəy mənə bu kiçik incini hədiyyə etdi. Heç bir
tarixi dəyəri yoxdur, lakin çox kiçik olduğu üçün maraqlı bir parçadır”, – deyə
Erdönməz bildirib.

Mənbə: İha.com.tr


Source link