Türkiyəli məşhur aktrisa koronavirusa yoluxdu – FOTO
Türkiyəli aktrisa Hazal Kayanın COVID-19 testi müsbət çıxıb.
Bu barədə 31 yaşlı məşhur “Instagram” hesabında yazıb.
“Misafir” adlı serialda oynayan aktrisa oğlu Əlidən başqa evdəki hər kəsin
koronavirusa yoluxduğunu qeyd edib.
Yanvarın 14-də Hazal Kayanın baş rolları Onur Tuna və Enis Arıkanla bölüşdüyü
“Benden ne olur?” filmi nümayiş ediləcək.
Çox güman ki, Kaya filmin qala gecəsində iştirak edə bilməyəcək.