f0dfaf94-7f72-4ad4-8988-c84f47bf3393..jpg

Türkiyəli məşhur aparıcı təcili xəstəxanaya yerləşdirilib – FOTO

Baxış sayı: 474 dəfə baxılıb.

Türkiyəli məşhur aparıcı təcili xəstəxanaya yerləşdirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur aparıcı, model, aktrisa və aparıcı Çağla Şıkel təcili
xəstəxanaya yerləşdirilib. Onda qida zəhərlənməsi müəyyən olunub.

Bu barədə aparıcının özü xəbər verib.

Belə ki, “Yeni bir gün” proqramının yayımlanmaması, əvəzinə serial verilməsi
pərəstişkarları arasında narahatlıq doğurub. Bundan sonra aparıcı sosial media
hesabından açıqlama verib.

“Yayım olmadığı üçün çox adam narahat qaldı. Şənbə günü yeməkdən zəhərləndim.
Həmin gündən müalicə alıram. Maraqlananlara və mənim üçün dua edənlərə təşəkkür
edirəm, hamınızı qucaqlayıram”, – deyə bildirib və pərəstişkarlarını narahat
olmamağa çağırıb.

O, daha sonra palatadan şəkil paylaşıb.

“Su içmədiyim və yaxşı qidalanmadığım üçün mənə əlavə sistem verildi. Hələ bir
az yüksək olan CRZ-ni (C-reaktiv zülal) aşağı salmaq üçün antibiotik istifadə
etməyə başladıq”, – deyə o, səhhəti barədə məlumat verib.

Ç.Şikel sabah vəziyyətinin daha yaxşı olacağına inandığını deyib.

Source link