Türkiyəli məşhur müğənninin səhhətində ciddi problem yarandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur türkiyəli müğənni Gökhan Özenin səhhətində ciddi problem yaranıb.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə ifaçı sosial şəbəkə hesabında paylaşım
edib.
Onun sözlərinə görə, İzmirdə konsert verdikdən sonra çox ciddi şəkildə
infeksiyaya yoluxub. Müayinələrdən sonra həkim ona heç kimlə təmasda olmamaq
barədə xəbərdarlıq edib.
“İzmir konsertindən sonra son üç gündür ki, ciddi infeksiyaya yoluxmuşam,
yataqdayam. Həkimlərimizdən ciddi xəbərdarlıq almışam. İndi mənə imza günü
yüzlərlə insanla əlaqə saxlamaq qadağandır. Mənə bu infeksiyaların epidemik
xəstəliklərdən qaynaqlandığını və təmas yolu ilə keçdiyini izah etdilər.
Konsertlərimdən sonra saatlarla sevdiklərimlə şəkil çəkdirməkdən həzz alıram.
Amma konsertdən sonra bu kulis seanslarında tərim soyumamış yüzlərlə insanla
saatlarla təmasda olduğum günlər məni ikinci dəfə yatağa məhkum etdi.
Həkimlərimdən ciddi göstərişlər var, kədərlə bildirirəm ki, belə təmasları
bitirirəm”, – deyə ifaçı təəssüflə bildirib.