b8eefbe8-6574-4003-81b1-bdd050c83be2..jpg

Türkiyəli məşhurdan sevgilisi ilə bağlı iddialara CAVAB

Baxış sayı: 2. 278 dəfə baxılıb.

Türkiyəli məşhurdan sevgilisi ilə bağlı iddialara CAVAB

Türkiyə şou-biznesinin məşhur simaları – aktyor Kerem Bursin və həmkarı Hande
Erçelin reklam xatirinə sevgili olmaları geniş müzakirə edilir.

Sosial-şəbəkə izləyiciləri iddia edirlər ki, cütlük birgə çəkildiyi “Sen çal
kapımı” serialının reytinqi düşdükdən sonra, sevgili olmaları xəbəri ilə
gündəmdə qalmağa çalışıblar.

Kerem Bursin şou-biznes gündəminə çevrilən bu xəbərlərlə bağlı etirazını
bildirərək, açıqlama verib:

“Mən münasibətdə realist adamam. Birlikdə olduğum insanla əylənməyi və onu
güldürməyi xoşlayıram. Biri ilə münasibət qurmusunuzsa, tamamilə təbii olmaq
vacibdir, süni olmağın doğru bir yol olmadığını düşünürəm”.

Qeyd edək ki, məşhurlar koronavirusa yoluxublar və birlikdə karantindədirlər.

Mənbə: A Haber

Source link