Məşhur türkiyəli bəstəkar və müğənni Sinan Akçıl “Güzel şeyler” adlı albomunu təqdim edib.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçinin budəfəki albomuna Azərbaycan mahnıları da daxil edilib.
Belə ki, Akçıl Xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” və Rahidə Baxışovanın “Deməsinlər” mahnısını oxuyub.
“Səni belə sevmədilər”in musiqisi Hakan Erola, sözləri Leyli Erol İsrafilovaya, “Deməsinlər”in sözü və musiqisi isə Zülfi Bədəlova aiddir.
Qeyd edək ki, müğənni bundan öncə də Miri Yusif və Röyanın ifasında olan “Səndən birdənədir” adlı mahnını ifa etmişdi.