Ötən gün Türkiyədə Musiqi Əsəri Sahibləri Məslək Birliyinin 10-cu qurultayı keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, birliyin sədri seçilmək üçün iki namizəd irəli sürülüb.
Onlardan biri 13 ildir birliyin sədri olan Qaro Mafyan, digəri isə türkiyəli müğənni Candan Erçetin olub.
Səsvermə ilə təyin edilən sədrlik seçimlərində Sezen Aksu, Ferhat Göçer, Mustafa Sandal, Çelik, Hakan Peker kimi məşhurlar da iştirak edib.
Seçimlər zamanı müğənnilər kameralar önündə dava ediblər. Səsverməyə etiraz edənlərdən ilki Sezen Aksu olub. O qışqıraraq “Kənd çayxanasındakı kimi səsverməni qəbul edə bilmərəm” deyib.
Müğənni daha sonra sözlərinə belə davam edib:
“Bu səsvermə dövrümüzün çox gerisindədir və qüsurludur. Qalxan əlləri saymaqla seçim etmək olar? Ömrümdə ilk dəfədir, qışqırıram. Banan Respublikası kimiyik”.
Səsverməyə nəzarət edən şəxslər qismində Hakan Peker, Aykut Güler və Yaşar çıxış edib. Çıxışlar zamanı Peker və Ferhat Göçer arasında dava yaranıb.
Təzyiqin yüksəldiyi səsvermədə dava edənlər arasında Mustafa Sandal da olub.
Səsvermənin sonunda Candan Erçetin 429 səs toplayaraq birliyin sədri seçilib.