ec107382-dc06-435f-a2df-e1aca3e4e73c..jpg

Türkiyəli müğənnilərin Bakı konserti təxirə salındı – FOTO

Baxış sayı: 835 dəfə baxılıb.

Türkiyəli müğənnilərin Bakı konserti təxirə salındı – FOTO

Türkiyədə 3 mindən çox insanın həyatına son qoymuş zəlzələyə görə 7 günlük
milli matəm elan olunub. Bu səbəbdən ölkədə bayraqlar yarıya endirilib,
müxtəlif mədəniyyət tədbirləri, konsertlər təxirə salınıb. Bu təşəbbüsə
Azərbaycan telekanalları da qoşulub, əyləncəli proqramların yayımını dayandırıb.

Bu günlərdə Bakıda bir neçə türk məşhurunun konserti gözlənilir ki, onların da
keçirilib-keçirilməyəcəyi sual doğurur. Onlar arasında “Anadolu Ateşi” rəqs
qrupu (8 fevral), Mahsun Kırmızıgül (12 fevral), Öykü Gürman (14 fevral) və
Sertab Erener (14 fevral) var. Bununla bağlı təşkilatçılara sorğu ünvanlanıb.

“Mega Müzik” şirkətinin rəhbəri Murat Tayfur “Qafqazinfo”ya bildirib ki,
fevralın 14-də keçiriləcəyi gözlənilən Öykü Gürman konserti təxirə salınıb. O,
tədbirin yeni tarixini hələlik açıqlamayıb.

Fevralın 8-də baş tutmalı olan “Anadolu Ateşi” rəqs qrupunun çıxışının vaxtı
19 fevral saat 19:00-a dəyişdirilib.

Fevralın 14-nə nəzərdə tutulan Sertab Erenerin konsertinin təşkilatçılarından
biri olan “Peachline”dan bildirilib ki, tədbirin təxirə salınması müğənninin
qərarından asılıdır.

Sonda isə Mahsun Kırmızıgülün fevralın 12-də keçirilməsi gözlənilən
konsertinin təxirə salındığı bildirib. Tədbir qeyri-müəyyən vaxtadək ertələnib.

Source link