Türkiyəli müğənninin Bakı konserti yenə ləğv olundu

Türkiyəli müğənninin Bakı konserti yenə ləğv olundu

Baxış sayı: 2. 499 dəfə baxılıb.

Türkiyəli müğənninin Bakı konserti yenə ləğv olundu

Bu gün “Elektra Hall”da çıxış etməli olan türkiyəli müğənni Demet Akalının konserti ləğv olunub. Artıq 1600 bilet satılsa da, ifaçı Bakıya gəlməkdən imtina edib. O, sabah Türkiyədə klubların birində səhnəyə çıxacaq.

“iTickets”dən ÇıxışYolu.Com-a verilən məlumata görə, onlayn yolla alınan bileti qaytarmaq istəyən şəxslər “qaynar xətt” vasitəsilə əlaqə saxlayıb pullarını geri ala bilərlər.

Əgər bilet kassadan alınıbsa, Nizami Kino Mərkəzinin yanında yerləşən “iTickets” kassasına yaxınlaşmaq kifayətdir.

Qeyd edək ki, D.Akalının konserti mayın 1-nə təyin olunmuşdu, lakin sonra vaxt dəyişdirilərək 14 iyuna, yəni bu günə müəyyənləşdirilmişdi.

Rəşad Əliyev