ace8221a-0233-45f6-8835-386b3cdc3ebc..jpg

Türkiyəli müğənninin özünə Yeni il hədiyyəsi: “Gəzən ev” aldı – FOTO

Baxış sayı: 882 dəfə baxılıb.

Türkiyəli müğənninin özünə Yeni il hədiyyəsi: “Gəzən ev” aldı – FOTO

Türkiyəli müğənni Aslı Hünel Yeni il hədiyyəsi olaraq özünə yeni lüks
avtomobil alıb.

Avtomobili isə “Gəzən ev” adlandırıb.

Məhdud sayda istehsal olunan bu avtomobillərdə qəhvə maşını bölməsindən tutmuş
xüsusi zərgərlik bölməsinə qədər hər şey var.

Türkiyəli iş adamı Savaş Yurtseverlə xoşbəxt evliliyi olan 45 yaşlı Aslı Hünel
bu avtomobillə özünü mükafatlandırdığını bildirib.

O qeyd edib ki, televiziya proqramlarının çəkilişlərinə görə vaxtının çoxunu
yolda keçirir və ona görə bu addımı atıb. “Çox işləyirəm və özümü
mükafatlandırmaq istədim. Proqram çəkilişləri üçün diyar-diyar gəzirik. Həyatım
sözün əsl mənasında yollarda keçir. Mən də buna görə özüm üçün “gəzən ev”
düzəltdirdim”, – deyə müğənni vurğulayıb.

İçində iki televizor, soyuducu, qəhvə maşını, peyk antenası, “Apple TV”,
paltar asılqanı, xüsusi zinət əşyaları bölməsinə qədər hər şeyin olduğu və
xüsusi dizayn edilən avtomobilin qiyməti ilə bağlı isə müğənni açıqlama vermək
istəməyib.

Mənbə: Haber Global

Source link