Türkiyəli mütəxəssis futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin
oluna bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyəli mütəxəssis Rıza Çalımbay futbol üzrə Azərbaycan millisinin baş
məşqçisi təyin oluna bilər.
61 yaşlı məşqçi Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə hazır olduğunu
qeyd edərək Azərbaycan millisindən hələ ki, rəsmi heç bir təklif almadığını
deyib.
“Ancaq adımın bu komanda ilə birgə hallandığını eşidirəm. Düşünürəm ki, bir
neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlar. Təklif gəlsə, Azərbaycan yığması
ilə işləməyə müsbət rəy verərəm”, – deyə məşqçi əlavə edib.
Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş
məşqçi postu boşdur. Rıza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin
“Beşiktaş” klubuna rəhbərlik edib.
Mənbə: Sabah