Türkiyəli nazir: Avroparlamentin qərarı cahilanədir

Türkiyəli nazir: Avroparlamentin qərarı cahilanədir

Baxış sayı: 5. 991 dəfə baxılıb.

Avropa Parlamentinin “Zeytun budağı” əməliyyatı ilə bağlı qərarı çox cahil bir qərardır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Türkiyənin Avropa İttifaqı (Aİ) naziri Ömer Çelik, Avropa Parlamentinin (AP) Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dayandırmağa çağıran qərar qəbul etməsinə münasibətini bildirərkən deyib.

Çelik “Bu qərar təsirsiz və cahilanə bir qərardır. Bu, həm də Avroparlament kimi bir qurumun Suriyada olub-bitəndən nə qədər uzaq olduğunu, ortalıqda baş verənləri görməkdən nə qədər uzaq düşdüyünü göstərən bir qərar oldu”, – deyə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com