Türkiyəli nazir: “Azərbaycan Orta Dəhlizin önəmli ölkələrindəndir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasında Naxçıvan
üzərindən quru yol bağlantısı olacaq”.
“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda
keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100
illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
Nazir qeyd edib ki, Naxçıvan Türkiyə üçün çox önəmlidir:
“Naxçıvanın iqtisadiyyatının genişləndirilməsini arzu edilir”.
O deyib ki, Azərbaycan Orta Dəhlizin önəmli ölkələrindəndir:
“İstanbuldan Bakıya yük daşımanı rahat və rəqabətqabiliyyətli olmasını arzu
edirik. Bunun üçün Türkiyə olaraq hər cür dəstəyi verməyə hazırıq”.