“Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç
Azərbaycana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin
gücüdür:
“Bir millət, iki dövlət” şüarı ilə dövlətlərimiz arasında dostluq
münasibətləri inkişaf edir. Bu gün də ədalətli cəza, ədliyyə sahəsində bir sıra
məsələlərlə bağlı müzakirələr aparılacaq, anlaşma memorandumu imzalanacaq”.
Nazirin sözlərinə görə, ikigünlük səfər çərçivəsində Ali Məhkəmənin sədri İnam
Kərimov və baş prokuror Kamran Əliyevlə də görüşlər nəzərdə tutulub.